Sunday, February 26, 2012

Evliliyin şərtləri


Evliliyin səhəri günü ər öz arvadını qarşısına qoyub şərtlərini izah edir:

- Bir halda ki, biz evlənmişik, sən mənim indiyə qədər olan vərdişlərimə hörmətlə yanaşmalısan. Mənim cəmi üç vərdişim var:

- Birincisi: Həftənin ikinci günü axşam mən dostlarımla futbol oynamağa gedirəm. Fərqi yoxdur ki, qar yağır və ya yağış yağır. Biz futbol oynayırıq. Başa düşdün?

- Bəli.

İkincisi: Hər cümə mən dostlarımla poker oynayıram. Başa düşdün?

- Bəli.

Üçüncüsü: Mən hər bazar balıq tutmağa gedirəm. Fərqi yoxdur hava necədir, kim ölüb, kim qalıb, qaynanamın ad günüdür. Bunların heç bir fərqi yoxdur. Mən bazar günləri balıq tutmaqda oluram. Başa düşdün?

- Bəli.

- Etirazın yoxdu ki?

- Xeyr.

- Bəlkə sənin də hansısa vərdişlərin var. De ki, mən də bilim.

- Mən hər axşam saat 9-da sekslə məşğul oluram. Fərqi yoxdur ki, ərim evdədir ya yox.

No comments:

Post a Comment